Bakının Pirşağı çimərliyində iki nəfər dənizdə batıb.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, 2 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxslərin meyitlərini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Son xəbərlər
Son Xəbərlər