Bakıda ikimərtəbəli ev yandı

bakida-ikimertebeli-ev-yandi
Oxunma sayı: 1333

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 315 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.