Bakıda İlham Əliyevin qələbəsi belə qeyd olundu - Fotolar

bakida-ilham-eliyevin-qelebesi-bele-qeyd-olundu
Oxunma sayı: 11512

Prezident seçkiləri ilə bağlı hazırda Bakıda qələbə piketləri keçirilir. 

“Qafqazinfo”nun verdiyi xəbərə, Yeni Azərbaycan Partiyasının üzvləri rayon təşkilatlarının qarşısında keçirilən şənlikdən sonra mərkəzi qərargahın önünə toplaşıblar. YAP üzvləri partiya bayrağı ilə piket keçirib, qələbəni qeyd edirlər.

Qərargahın qarşısındakı Sahil bağında konsert təşkil edilib. Daha sonra atəşfəşanlıq olub.

Qeyd edək ki, “exit-poll”un nəticələrinə görə YAP-ın namizədi İlham Əliyev 86,53 faiz səslə birinci olub.

Fotolar: Pərvin Zeynal