Bakıda bir nəfər evdə yanaraq ölüb.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda insan tələfatı ilə müşahidə edilən yanğınla bağlı daha bir məlumat yayıb.
Bildirilib ki, bu gün gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, Xanlar küçəsi 103, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 100m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, ehtiyatsızlıq nəticəsində kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.



Son xəbərlər
Son Xəbərlər