Bakıda intihar həyəcanı - - Foto + Yenilənib

bakida-intihar-heyecani-
Oxunma sayı: 3649


“Qafqazinfo” Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə yerində olan şahidlərin verdiyi məlumata görə, 8 km bazarının yaxınlığında bir şəxs, ticarət mərkəzinin sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir. Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin  xilasediciləri gəlib. 

***
Musavat.com-un məlumatına görə isə, olduqca həyəcanlı olan kişi banklardan götürdüyü krediti ödəyə bilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu deyib. Ticarət mərkəzinin qarşısına xeyli adam yığılıb. Onlar adamı intihar fikrindən daşındırmağa çalışırlar.

Kişi əlindəki bıçaqla özünə, boğazına, sinəsinə xəsarət yetirib. FHN-in əməkdaşları hadisə yerinə gəliblər və naməlum şəxsin özünü yerə atacağı təqdirdə asfalta dəyib xəsarət almaması üçün çadır açıblar.

***
Daha sonra hüquq-mühafizə orqanlarının işçiləri hadisə yerinə özünü öldürməklə hədələyən şəxsin bacısını gətiriblər. Onun vasitəsilə isterik vəziyyətdə olan şəxsi sakitləşdirmək və damdan düşürməyə nail olublar. Həmin şəxs müvafiq araşdırmalardan ötrü polis bölməsinə aparılıb. Onun qolunda, sinəsində, boğazında bıçaq xəsarətləri görünüb.