Bakıda intihara cəhd edən şəxs xilas edildi - - Fotolar+Yenilənir

bakida-intihara-cehd-eden-sexs-xilas-edildi-
Oxunma sayı: 3999


“Qafqazinfo” xəbər verir ki, APA-nın məlumata görə, 36 yaşlı Royal adlı şəxs Xocalı prospektində tikilməkdə olan 16 mərtəbəli binanın damınadan özünü atacağını bildirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerindədirlər.

Özünü binadan atmaq istəyən şəxslə danışıqlar aparır, intihara cəhdin səbəbləri araşdırılır.

***

Bakının Xətai rayonunda, Xocalı prospektində inşa edilməkdə olan 16 mərtəbəli binadan özünü atmaq istəyən şəxs xilas edilib.

APA-nın xəbərinə görə,  FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları intihar etmək istəyən paytaxt sakini 36 yaşlı İbrahimli Röyal Hümbət oğlunu xilas edib.

XRXX-nin həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar. Uğurlu keçən əməliyyatın sonunda İbrahimli Röyal Hümbət oğlu hüquq-mühafizə orqanlarına təhvil verilib.

Onun nişanlı olduğu və özünü atmaq istəməsinin də məhz ailə münaqişəsi zəminində baş verən hadisədən qaynaqlandığı deyilir.