Bakıda intihara cəhdin qarşısı alındı

bakida-intihara-cehdin-qarsisi-alindi
Oxunma sayı: 1369

Bakıda intihara cəhdin qarşısı alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.