Bakıda intihar cəhdinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bu barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Son xəbərlər
Son Xəbərlər