“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və bu müqavilənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyini bildirib.
Daha sonra söz gənc iqtisadiyyatçılara verilib. İlk olaraq marketinq üzrə ekspert Ramil Cabbarov Milli İqtisadi bazarda marketinqin rolundan danışıb. O bildirib ki, Azərbaycanın marketinq siyasəti nəticəsində artıq dünya bazarında Azərbaycan brendi yaranıb və yayılıb: “Bu brend məhz “Əsrin müqaviləsi” imzalandıqdan sonra yaranmağa başladı. Azərbaycan nefti dünya bazarında tələb olunan bir sektora çevrildi və beləliklə “Made in Azərbaycan” brendi dünya bazarına qədəm qoydu.
Pərakəndə və xidmət sahələri üzrə ekspert və marketinq mütəxəssisi Tural Abdullayev forumu “Gənc iqtisadiyyat və pərakəndə” mövzusu ilə davam etdirib.
Sonda iqtisadçılar forum iştirakçılarının suallarını cavablandırıb.
Onu da qeyd edək ki, “Gənc İqtisadçılar Forumu” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər