Bakıda işdən çıxarılan məktəb direktorlarının sayı açıqlandı

bakida-isden-cixarilan-mekteb-direktorlarinin-sayi-aciqlandi
Oxunma sayı: 1577

Bu il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərə 33 direktor təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb.

Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib. Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İdarədən, həmçinin qeyd edilib ki, 2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.