Bakıda işıqforun qarşısında ağır qəza - Ölən var

bakida-isiqforun-qarsisinda-agir-qeza
Oxunma sayı: 3229

Bu gün saat 02:50 radələrində Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Abdullayev İsmayıl Eylaz oğlu “Mercedes” markalı avtomobillə Zabrat-Balaxanı yolunda hərəkətdə olarkən maşını işıqforda dayanan yük avtomobilinə çırpıb. Nəticədə “Mercedes”də olan sərnişin Həsənov Mənaf Fərhad oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.