Bakıda işləyənlər bu qədər maaş alır

bakida-isleyenler-bu-qeder-maas-alir
Oxunma sayı: 2804

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

“2024-cü ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1282,6 manat təşkil edib”, - rəsmi məlumatda bildirilib.