Bakıda istiliyi olmayan liseydən nazirə - - Şikayət

bakida-istiliyi-olmayan-liseyden-nazire-
Oxunma sayı: 1681


“Qafqazinfo”ya Zərbalı İsmayılov tərəfindən daxil olan məktubda bildirilir ki, oğlu İsmayılzadə Ayxan Bakının Xətai rayonundakı 287 saylı "Zəkalar" liseyinin 4-cü sinfində təhsil alır:

“2013-2014 tədris ilinin başlanğıcında "Zəkalar" liseyinin yeni ikimərtəbəli əlavə korpusu tikilib istifadəyə verildi.Həmin vaxtdan məktəbin istilik sistemi "Azəristikitəchizat"ın ümumi istilik sistemindən ayrılmışdı. Səbəb isə bu idi ki, məktəbin ayrıca istilik sistemi -qazanxanası olacaq. Qazanxananın tikilməsinə baxmayaraq, bu günə kimi məktəbdə istilik yoxdur. Mən məktəbin səlayyihətli şəxsləri ilə noyabrın 15-dən bu gunə kimi əlaqə saxlamışam, eyni zamanda Bakı Baş Təhsil İdarəsinin məktəblərdə istilik sisteminə cavabdeh olan şəxsləri ilə hər gün əlaqə saxlayıram. Bundan əlavə Təhsil Nazirliyinin 146 Qaynar xəttinə iki dəfə zəng vurmuşam.

Onların mənə cavabı bu olub ki, 1-2 günə istilik veriləcək. Nəticəsi isə budur ki, bu gun də "Zəkalar" liseyində istilik yoxdur.

Hörmətli Mikayıl müəllim! Sizdən xahişim budur ki, əgər məktəbin qazanxanası işləməyəcəksə, heç olmasa məktəbin istilik sistemi yenidən "Azəristiliktəchizat"ın xəttinə qoşulsun.Əgər  bu mümkün deyilsə, alternativ istilik mənbəyindən, yəni electrik sobalarından istifadəyə icazə verilsin”.

Ümid edirəm ki, problemin həlli istiqamətində atacağınız müsbət addımlar nəticəsində "Zəkalar" liseyində istilik problemi birdəfəlik həllini tapacaqdır”.