Bakıda istirahət mərkəzində yanğın olub

bakida-istirahet-merkezinde-yangin-olub
Oxunma sayı: 2278

Bakıda yerləşən istirahət mərkəzlərinin birində yanğın olub. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kottec və bitişik ümumi sahəsi 25 m² olan digər kottecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb. Kottecin qalan hissəsi və bitişik kotteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.