Bakıda italyan fotoqrafların sərgisi keçiriləcək

bakida-italyan-fotoqraflarin-sergisi-kecirilecek-
Oxunma sayı: 811


"Qafqazinfo"nun buro247.az-a istinadən verdiyi məlumata görə, tədbir Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə əməkdaşlığı çərçivəsində keçiriləcək. 

Sərgidə məhşur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kungin 30-a yaxın əsəri təqdim olunacaq. Ekspozisiya mayım 31-dək davam edəcək.

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökümət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılıb. Beş illik aktiv fəaliyyətdən sonra mədəniyyət, müasir incəsənət, müasir fotoqrafiya, müasir rəqslərə həsr olunan tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanıb. Kapri Trend sərgisi 5 müxtəlif ölkədə təqdim ediləcək.

Qeyd edək ki, adıçəkilən fotoqraflar Monika Belluçi, Ornella Muti kimi məşhurlarla əməkdaşlıq edir.