Bakıda itən məktəbli qız tapıldı

Bakıda itən məktəbli qız tapıldı
Oxunma sayı: 3406

Bakıda itkin düşən 13 yaşlı qız polislər tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 13 yaşlı Aleksandra Dünyamalızadənin evdən çıxıb və geri qayıtmaması barədə məlumat yayılıb.

Hövsan qəsəbəsində yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zamanda görülən tədbirlər nəticəsində  A.Dünyamalızadə tapılaraq ailəsinə təhvil verilib.