Bakıda itkin düşən 15 yaşlı qız 5 gün sonra tapıldı

bakida-itkin-dusen-15-yasli-qiz-5-gun-sonra-tapildi
Oxunma sayı: 4503

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 13-də Xətai rayon sakini olan 50 yaşlı qadın polisə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan 15 yaşlı qızı F. aprelin 12-si günorta saatlarında evdən çıxaraq getmiş, bir daha geri qayıtmayıb.

15 yaşlı F. aprelin 17-si tapılaraq ailəsinə təhvil verilib.