Bakıda itkin düşən 36 yaşlı kişi tapıldı - Foto + Yenilənib

bakida-itkin-dusen-36-yasli-kisi-tapildi
Oxunma sayı: 6016

Bakıda yaddaş pozğunluğu olan 36 yaşlı şəxs itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, Məlikov Eyvaz Cümşüd oğlu dünən günorta saatlarında yaşadığı Nizami rayonu Əzim Əzimzadə küçəsindəki evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ailəsindən bildirilib ki, E.Məlikov əqli məhdudiyyətli şəxs olduğundan onun taleyindan narahatdırlar: “Biz Eyvazı “Ekan” adı ilə çağırdığımızdan o, adının “Ekan” olduğunu bilir. Ola bilər ki, dünən evdən çıxıb, evi tapmayıb ki, geri dönsün. Və ya kimsə görüb pis olub, özü ilə evə aparıb. Başına nə gəldiyindən xəbərsizik, xahiş edirik onu görənlər bizə və ya polisə məlumat versin”.

E.Məlikovun itkin düşməsi ilə bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinə də məlumat verilib.

***

Dünən Bakıda itkin düşən 36 yaşlı Eyvaz Məlikov paytaxt ərazisində tapılıb. Bu barədə onun ailəsindən məlumat verilib. Bildirilib ki, E.Məlikov Nizami RPi nin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.