“Qafqazinfo” Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, festival çərçivəsində ilk olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur isveçrəli gitaraçı, professor Kristof Jaggin ustad dərsi keçib
İsveçrə Milli Konservatoriyasında dərs deyən, dünyanın müxtəlif ölkələrində mühazirə və ustad dərsləri keçən professor bildirib ki, Azərbaycan paytaxtında ilk dəfə 20 il əvvəl olub: “20 il əvvəl Moskvada böyük konsert verdikdən sonra yorğunluq içində Bakıya gəldiyimiz zaman buradakı qonaqpərvərlik, xoş qarşılama bizi heyran etmişdi. Bu gün isə Tokiodan şəhərinizə gəlmişəm. İnanmazdım ki, belə bir dəyişikliklə rastlaşacağam. Bakı əvvəllər də gözəl idi, amma indi büsbütün dəyişib. Dəyişməyən isə insanların səmimiyyəti və qonaqpərvərliyidir”.
Qeyd edək ki, tanınmış gitaraçı aprelin 21-də Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında İsveçrə ansamblının ("Ensembleécoute") heyətində konsert proqramı ilə çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər