Bakıda jurnalisti maşın vurdu

bakida-jurnalisti-masin-vurdu
Oxunma sayı: 5004


“Qafqazinfo” xəbər verir ki, Aktual.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Sona Yaqubova anım yürüşünə qatılmaq üçün aksiya iştirakçılarının toplaşdığı əks istiqamətə yolu keçərkən baş verib. Jurnalist dərhal yaxnlıqdakı 1 saylı şəhər kliniki xəstəxanaya yerləşdirilib. Aparılan ilkin müayinədən sonra jurnalistin yüngül xəsarət aldığı məlum olub. Ona yüngül kəllə-beyın travması, sağ qolunun əzılməsı diaqnozu qoyulub. Sağ qolu gipsə qoyulan gənc yazar evə buraxılıb. 

Sona Yaqubova açıqlamasında vəziyyətinin qənatbəxş olduğunu bildirib: "Narahat olmayın yaxşıyam. mənə görə narahatlıq keçirən dostlarıma çox sağ ol deyirəm".