Bakıda jurnalistin evinə oğru girdi

bakida-jurnalistin-evine-ogru-girdi
Oxunma sayı: 1225

Jurnalistin evindən oğurluq edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, jurnalist Hacı Zeynalovun Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinə oğru girib.

H.Zeynalov bildirib ki, son 10 gün evdə olmayıblar: “Ailəmlə birlikdə başqa yerə getmişdik, bir neçə gün əvvəl qayıdanda gördük ki, evin pəncərəsi sınıb. Evdən “Grundig” markalı televizor, məişət əşyaları, evin və uşaqların sənədləri və 500 manat nağd pul oğurlanıb. Ümumi mənə dəyən ziyan 1500 manatdan çoxdur”.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə  cinayət işi başlanıb, araşdırma aparılır.