Bakıda kafe yandı

bakida-kafe-yandi
Oxunma sayı: 1462

Bakıda yanğın hadisəsi baş verib.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 300 m² olan kafenin lambirindən ibarət tavanı 10 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.