Bakıda ötən axşam kafedə yanğın baş verib, 3 nəfər xəsarət alıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 100 kv.m olan kafedə yanğın baş verib. Hadisə nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 kv.m sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 kv.m sahədə əriyib.
Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər