Bakıda kafedə yanğın olub

bakida-kafede-yangin-olub
Oxunma sayı: 1015

Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan kafenin mətbəxində qaz balonunun alışması nəticəsində 2 kv.m sahədə mətbəx mebeli yanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.