Bakıda kafedə yanğın olub

bakida-kafede-yangin-olub
Oxunma sayı: 3417

Bakının Binəqədi rayonunda yerləşən kafelərdən birində yanğın olub.

Bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan taxta konstuksiyalardan ibarət kafenin yanar konstruksiyaları 55 m² sahədə və içərisində 1 ədəd televizor yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 30 m² sahədə və 1 ədəd su qızıdırıcısı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.