“Qafqazinfo”ya daxil olan məlumata görə, sərgidə layihənin koordinatoru İsmayıl İsmayılov, layihə rəhbəri Roza Əliyeva layihə haqqında məlumat verib rəssamlara yaradıcılıq uğurları arzu ediblər, münsiflər heyyətinin üzvləri sənətşünas, dosent Afət Aslanova, heykəltaraş Natiq Əliyev və qrafist-rəssam Sabir Qasımov təşkilatçılara bu cür layihənin keçirilməsini yüksək qiymətləndirərək təşəkkür edib layihənin gənclər üçün stimul olacağını bildirdilər.
Qeyd edək ki, “Karikatura müsabiqəsi” layihəsinə hər bir rəssam maksimum üç işlə qatılıb, ümumi iştirakçıların sayı 30-a yaxındır. Onlardan 16-nın işləri seçilərək sərgidə nümayiş edilib. Professional münsiflər heyyəti tərəfindən seçilən sərgi-müsabiqənin qalibləri: 1-ci yer Rüfət Quliyev, 2-ci yer İslam Həsənəlizdə və 3-cü yerin qalibi Emiliya Hüseynova mükafatlandırılaraq diplomlar və hədiyyələrlə təltif edildilər. Layihədə iştirak edən hər bir rəssama isə sertifikatlar təqdim olunub.
Layihənin rəhbəri Roza Əliyevadır.
Son xəbərlər
Son Xəbərlər