Bakıda keçmiş polis əməkdaşı arvadını boğaraq öldürdü

bakida-kecmis-polis-emekdasi-arvadini-bogaraq-oldurdu
Oxunma sayı: 6506


“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün, H.Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb.

Hadisəyə ailə daxili münaqişə səbəb olub. Dilavər Əhmədov könüllü olaraq  polisə təslim olub. Faktla bağlı Yasamal rayon prokurorluğu istintaq aparır.

D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir.