Bakıda kələm dolmasından “Tiryək” çıxdı- - Foto

bakida-kelem-dolmasindan-tiryek-cixdi-
Oxunma sayı: 1331


Bu barədə “Qafqazinfo”ya Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilən zaman, plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 14.663 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.