Bakının Binəqədi rayonu, Gülməmməd Ramazanov 342 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı altı sərv ağacının kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.
Təqsirkarların müəyyən olunması və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Binəqədi Rayon Polis Şöbəsinə göndərilib.
Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilmiş hər ağacın əvəzinə iki ağacın əkilməsi təmin olunub.



Son xəbərlər
Son Xəbərlər