Bakıda kişi dəm qazından zəhərlənib

bakida-kisi-dem-qazindan-zeherlenib
Oxunma sayı: 841

Bakıda evdən kişi meyiti tapılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 5-də Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Tofiq Bədirovun meyiti evinin hamam otağında aşkar edilib. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib.

Ölümün səbəbinin müəyyən olunması məqsədi ilə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı müəyyən olunub ki, T.Bədirov dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Murad Əhməd