Bakıda kişi hamamda qazdan boğuldu

bakida-kisi-hamamda-qazdan-boguldu
Oxunma sayı: 1345

Bakının Xəzər rayonunda 64 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, 1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu Buzovna qəsəbəsində yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.