Bakıda kişi keçmiş qudasını öldürmək üçün maşınla vurdu

bakida-kisi-kecmis-qudasini-oldurmek-ucun-masinla-vurdu
Oxunma sayı: 2470

Bakıda qəsdən adam öldürməyə cəhd edən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 12-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində baş verib. Paytaxt sakini, 1972-ci il təvəllüdlü Rauf İslamov idarə etdiyi “Ford” markalı avtomobillə münaqişə zəminində keçmiş qudası, 1972-ci il təvəllüdlü B.Əmrahovu vurub.

B.Əmrahov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilib.

Hadisədən sonra R.İslamov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci  (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Nizam Rza