Bakıda kişi qumbara partladaraq ailə üzvlərini öldürmək istədi

bakida-kisi-qumbara-partladaraq-aile-uzvlerini-oldurmek-istedi
Oxunma sayı: 2127

Bakıda ailə üzvlərini qumbara partladaraq öldürməkdə hədələyən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 15-də saat 23.20-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən bir qadın Lökbatan qəsəbəsində yaşadıqları evdə atasının qumbara ilə onları öldürməklə hədələməsi barədə məlumat verib.

Bu cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Malakanov saxlanılıb, ondan “UZRQM-2” markalı qumbara götürülüb.

Faktla bağlı araşdırma aparılır.