Bakıda kişini döyə-döyə öldürdülər

bakida-kisini-doye-doye-oldurduler
Oxunma sayı: 821

Bakıda qətl törədilib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin “28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi 2 ünvanında yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.
 
Araşdırmalar nəticəsində bəlli olub ki ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.