Heydər Əliyev Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edəcək proqramda E.Qəniyev tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konsertini və digər əsərləri təqdim edəcək.
E.Qəniyev dünyanın bir çox ölkələrində müxtəlif nüfuzlu orkestrlərlə birgə, Vladimir Spivakov, Yuri Başmet, Rauf Abdullayev, Gürer Aykal, Erol Erdinç, Vladimir Fedoseyev, Sərvər Qəniyev, Teymur Göyçayev, İşın Metin və digər görkəmli dirijorların idarəçiliyi ilə çıxış edib. O, Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.
Son xəbərlər
Son Xəbərlər