Bakıda konteyner yandı, xəsarət alan var

bakida-konteyner-yandi-xesaret-alan-var
Oxunma sayı: 1658

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 6 m² olan konteynerin içərisində məişət tullantıları yanıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.