“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, hadisə paytaxtın İnşaatçılar prospekti 31 ünvanında, Dövlət Statistika Komitəsi qarşısında səhər saatlarında baş verib. Qəza ərazidəki reklam lövhəsini götürmək üçün gələn qaldırıcı kranın aşması nəticəsində meydana gəlib.
Hadisə yerinə hazırda BŞİH-in işçiləri cəlb olunub, onlar qaldırıcı kranın və reklam lövhəsinin götürülməsi üçün işlər aparılır.
Hadisə ərazisində avtomobillər olsa da, heç birinə zərər dəyməyib. Eləcə də qaldırıcı kran uzaqdan idarə edildiyi üçün kabinə boş olub və bu səbəblə də xəsarət alanın olmadığı bildirilir.
Son xəbərlər
Son Xəbərlər