Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapıldı

bakida-kuceden-yeni-dogulmus-korpe-meyiti-tapildi
Oxunma sayı: 3643

Bakıda küçədən yeni doğulmuş oğlan uşağının meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 52 ünvanının qarşısında baş verib.

Fərdi yaşayış evlərinin yerləşdiyi küçədə yol kənarında yeni doğulmuş oğlan uşağına məxsus olan və üzərində zorakılıq əlamətləri görünməyən meyit aşkar edilib. Bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.