Bakıda külək nəticəsində yaralanan var

bakida-kulek-neticesinde-yaralanan-var
Oxunma sayı: 2004

Paytaxtın Səbail rayonunda, Dövlət Filarmoniyasının yaxınlığında güclü külək ağacın budağını qıraraq 20 yaşlı qadının üstünə aşırıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Təcili Tibbi Yardıma çağırış saat 12:05- də olub. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 

Vəziyyəti orta ağırdır.

Günel Hacı