Bakıda kürəkən qayınanasını maşınla vurdu

bakida-kureken-qayinanasini-masinla-vurdu
Oxunma sayı: 4585

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 1968-ci il təvəllüdlü Nəcəfova Xatun Müslüm qızını avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol topuğun sınığı diaqnozu qoyulub.

X.Nəcəfovanın dediyinə görə, onu kürəkəni avtomobillə vurub.