Bakıda laboratoriya müdirini maşın vurdu

bakida-laboratoriya-mudirini-masin-vurdu
Oxunma sayı: 2751

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub. 

Qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir. O, ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.