Bakıda laqonda oğrusu tutuldu

bakida-laqonda-ogrusu-tutuldu
Oxunma sayı: 1089

Yanvarın 20-nə keçən gecə, Bakı şəhər sakinləri Elvin Həsənova məxsus Yeni Günəşli qəsəbəsi S.Cəfərov küçəsində yerləşən mağazadan, qapının qıfılını sındırmaq yolu ilə 35 manat, suvenir və Atabala Atakişiyevə məxsus eyni ünvanda yerləşən mağazadan isə 60 manat oğurlanıb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ruslan Abdullayev tutulub.

Binəqədi RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakini Qəhrəman Qəhrəmanovdan 445 qram qurudulmuş marixuana götürülüb.

Yanvarın 19-na keçən gecə, Mehmandarov küçəsində təmir işləri aparanlar üçün nəzərdə tutulmuş saxlanc yerindən, qapını sındırmaq yolu ilə Bakı şəhər sakini Cəmşid Qəhrəmanova məxsus 1 ədəd laqonda, 1 ədəd perferator, 1 ədəd drel, elektrik naqili, M.Gəncəvi küçəsində isə Bəxtiyar İbadova məxsus 1 ədəd laqonda, 1 ədəd perferator, 1 ədəd drel, 1 ədəd fen və elektrik naqili oğurlanmışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Qasımov tutulub.