Bakıda lift qəzası – - Yaralılar var

bakida-lift-qezasi-
Oxunma sayı: 2459


“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətindən anspress-ə verilən məlumata görə, 1-ci mərtəbədən 4 nəfər liftə minib. Elə bu zaman liftin kəndiri qırılıb və qaldırıcı şaxtaya düşüb. Hadisə nəticəsində liftin içərisində olan sərnişinlər xəsarət alıblar. 

Sərnişinləri liftin şaxtasından Fövqaladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar. Qəza yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları da cəlb edilib və yaralılardan ikisinə xəsarətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.

Digər iki yaralını isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.Faktla bağlı araşdırmalara başlanılıb.

Xəsarət alan şəxslərin istifadə etdiyi lift yük daşınması üçün nəzərdə tutulubmuş. Sakinlər həmçinin hadisə baş verən kimi binanın komendantının ərazidən qaçdığını bildirirlər.

***

Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 21-də D.Bünyadzadə küçəsindəki 175 “E” ünvanda olan yaşayış binasında baş verib.

Liftin zənciri 2-ci mərtəbədə qırılıb və lift 1-ci mərtəbəyə düşüb. Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Murad Əhməd

“Qafqazinfo”