Bakıda lift qəzasında yaralananların adları - Siyahı

bakida-lift-qezasinda-yaralananlarin-adlari
Oxunma sayı: 5880

Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində yaralanan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova - sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova - sol ayağının sınığı, onun nəvəsi, 2009-cu il təvəllüdlü Leyla Səfərova - sol bud sümüyünün sınığı;

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva - topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev - sol qol nahiyəsinin əziyi;

1960-cı il təvəllüdlü Sevinc Rəsulova - bel-omba nahiyəsinin əziyi.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Nizam Rza