Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən “Mangal Steak House” restoranında baş verib.
Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.
Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.
***
“Mangal” restoranından “Qafqazinfo”ya fakt təsdiqlənib.
Bildirilib ki, aprelin 5-də “Mangal” restoranının bir hissəsində podratçı şirkət təmir işləri apararkən onun əməkdaşları tərəfindən texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində bədbəxt hadisə baş verib, nəticədə iki nəfər xəsarət alıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və hazırda müalicələri davam edir.
Hadisə ilə bağlı müvafiq qurumlar zəruri araşdırmalar aparırlar.
Nizam Rza
Həmçinin oxuyun: Bakıda restoranın lifti qırıldı - Ağır yaralılar var
Şadlıq sarayında arvadını döyən polis cəzalandırıldı
Son xəbərlər
Son Xəbərlər