Bakıda “Litva Ticarət evi” bağlanıb -

bakida-litva-ticaret-evi-baglanib-
Oxunma sayı: 740


“Qafqazinfo” Turan-a istinadən xəbər verir ki, şirkət süd məhsulları, qənnadı məmulatı və çörək-bulka məmulatı istehsal edən bir neçə Litva müəssisəsinin təmsilçisi idi.

Şirkət əvvəllər “AtaHolding” ASC yanında fəaliyyət göstərib, bir müddət sonra bu holdinqə yaxın şirkətlər qrupu ilə fəaliyyət göstərib. 

2009-cu ildə “Litva Ticarət evi” MMC-nin direktoru Əhməd Məmmədov Turan-a müsahibəsində bildirmişdi ki, Şəmkir rayonunda gün ərzində 1000 ton süd emal etmək gücünə sahib süd emalı zavodunun tikintisinə başlanılacaq. Layihə dəyəri 2 mln avro məbləğində olan müəssisəyə lazımi avadanlıq Litvadan gətiriləcək.

2009-cu ildə Litva Ticarət evinin açılışı mərasimində Litvanın hökumət nümayəndələri iştirak edib. 

Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Litvadan $1 mln 454,6 min məbləğində 1,5 min ton süd və süd məhsulları (əsasən kərə yağları) gətirilib. Bu ilin I rübündə tədarük həcmi 317,6 ton ($376 min) olub

“Qafqazinfo”