Bakıda lombarddan 40 minlik oğurluq

bakida-lombarddan-40-minlik-ogurluq
Oxunma sayı: 803

Bakıda lombarda hücum edən şəxslər 40 minlik quldurluq ediblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da Xətai rayonunun, Babək prospektində baş verib.

Lombarda hücum edən iki nəfər naməlum şəxs orada işləyən 62 yaşlı Leyla Əliyevanın başına küt alətlə vuraraq xəsarət yetiriblər, daha sonra isə kassadan 10 min manat və 30 min manatlıq qızıl aparıblar. Xətai Rayon Polis İdarəsində əməliyyat-axtarış təbdirləri davam etdirilir. 

Murad Əhməd