“Qafqazinfo” bunu “Marja”ya “Bakı Taksi” MMC-nin direktoru Səid Hüseynov bildirib.
O, deyib ki, qiymətlərə dəyişiklik olacaq, amma yenilənmiş qiymətlərin sabah şirkətin 3 yaşı münasibətilə keçiriləcək tədbirdə açıqlanması nəzərdə tutulur: “Qiymətlərin yuxarı qalxması olmayacaq, əksinə daha münasib olacaq. Qiymətlərin əhali üçün daha da məqsədəuyğun olması nəzərdən keçirilir. Hazırda müştəri taksiyə minərkən 1 manat, gözləyərkən 50 qəpik yazılır. Bunların əsasında dəyişiklik həyata keçiriləcək”.
“Bakı Taksi” MMC-nin İyunun 13-də 3 yaşı tamam olur. Bu münasibətlə tədbir təşkil olunacaq. “Böyük bir layihə hazırlamışıq, sabah həmin layihəni açıqlayacağıq”,- Səid Hüseynov əlavə edib.
Son xəbərlər
Son Xəbərlər