Bakıda “London Taxi”si qəza törətdi - Ölən və yaralananlar var

bakida-london-taxisi-qeza-toretdi
Oxunma sayı: 3688

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.

"London Taxi" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.