Bakının Yasamal rayonunda mağazada yanğın baş verib.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
Bakının Yasamal rayonunda ümumi sahəsi 50 kvadratmetr olan tikilinin dam örtüyü, içərisinə yığılmış köhnə ev əşyaları və taxta tullantılar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər